Ölkə futbolu

“Neftçi” yeni futbolçusuna qovuşdu

“Neftçi” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.com-un Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, Buxarest “Rapid”ində forma geyinən Katalin Tira artıq “Neftçi”nin şərəfini qoruyacaq.

22 yaşlı hücumçu transferi haqqında bunları deyib: 

“Mən “Rapid”də qalmaq istəyirdim, son ana qədər gözləyirdim. Komandanı turnirdən xaric etdilər, həyat davam edir. Şənbə günü (bu gün) Bakıya yeni komandama qoşulmaq üçün yollanıram. Bu mənim üçün böyük təcrübə olacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43