“Neftçi” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” artıq iki oyunçu ilə anlaşıb. Filip Ozobiç və Emil Balayev növbəti mövsümdən “Neftçi”də çıxış edəcəklər.
Hər iki futbolçu ilə müqavilə imzalanıb. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi gözlənilir.
Xatırladaq ki, “Neftçi” daha öncə qapıçı İvan Brkiçlə sözləşmə yenilədiyini açıqlamışdı.

