“Zirə” yeni futbolçu ilə anlaşıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qartallar” Yeqor Boqomolskiylə müqavilə bağlayıb. 25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk” klublarında çıxış edib. Onun son klubu isə Bakının “Neftçi”si olub.

