Kateqoriyasız

“Neftçi”ni Rusiyada gözləyən “təhlükə”

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Arsenal” (Tula) – “Neftçi” matçına bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Tyula şəhərinin “Arsenal” stadionunda baş tutacaq oyun üçün satışa çıxarılan biletlər demək olar ki, tükənir. Sözügedən matç üçün cəmi 1683 bilet qalıb. Stadionun azarkeş tutumu isə 19 min 241 nəfərdir.

“Arsenal” – “Neftçi” oyunu iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43