06 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin hücumçusu Kamerun millisinə çağrılmadı 

“Neftçi”nin hücumçusu Vensan Abubakar Afrika Millətlər Kuboku üçün Kamerun yığmasına çağırılmayıb.

İdmanxeber.az xəbər verir ki, Andre Onana da turnir üçün heyətdə yer almayacaq. Afrika Millətlər Kuboku 21 dekabr–18 yanvar aralığında Mərakeşdə keçiriləcək. Kamerun qrupda Qabon, Fildişi sahili və Mozambiklə qarşılaşacaq.

Abubakar 2010-dan bəri yığmada 116 oyunda 45 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43