19 İyun 2026
Dünya futbolu

Niko Uilyams Bundesliqa nəhənginə keçir

“Atletik”in yarımmüdafiəçisi Niko Uilyams Almaniya Bundesliqasına transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun xidmətində “Bavariya” maraqlıdır. Futbolçunun transfer dəyəri 58 milyon avro bəlirlənib.

İspaniyalı oyunçu cari La Liqa mövsümündə 28 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43