06 İyun 2026
Dünya futbolu

Nuri Şahin Rusiya klubu ilə danışıq aparır

Türkiyəli məşqçi Nuri Şahin “Dinamo” (Moskva) ilə danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis sentyabrdan “Başakşehir”ə rəhbərlik edir və daha əvvəl “Borussiya” (Dortmund) komandasında çalışıb.

Futbolçu karyerasında isə “Borussiya” (Dortmund), “Feyenoord”, “Real” (Madrid), “Liverpul”, “Verder” və “Antalyaspor”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43