“Nyuksal”ın futbolçusu Harvi Barnes 2024-cü ilə qədər meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, o, üç aya yaxın meydanlardan kənarda qalacaq. Oyunçunun əməliyyata ehtiyacı olmasa da, ayağı tibbi çəkmədədir.
Barnes bu yay transfer olunduğu “Nyukasl”da 7 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

