“İnter”in baş məşqçisi Simeone İnzagi Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis Plzen təmsilçisi ilə matçdan öncə bunları deyib:
“Viktoriya”nın “Qarabağ” və “Barselona” ilə oyunlarını izləmişik. Ön xətdə yaxşı oyunçuları var”.
Bu gün keçiriləcək “Viktoriya” – “İnter” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

