“Mançester Siti” “Barselona”nın futbolçusu Rafinyanın xidmətində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Pep Qvardiola braziliyanın alınmasını tələb edir. “Şəhərlilər” braziliyalı futbolçunun transferi üçün “Barselona”ya böyük məbləğdə pul ödəməyə hazırdırlar.
Kataloniya klubu oyunçunu buraxmaq niyyətində deyil. Ancaq tərəflər yayda danışıqlara başlayacaq.
28 yaşlı vinger cari mövsümdə 45 oyun keçirib, 28 qol vurub və 22 məhsuldar ötürmə edib.

