Azərbaycan Premyer Liqası XXII turunun ən çox azarkeş qeydə alındığı matçı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, Tofiq Bəhramov adna Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşüdür. Qarşılaşmanı tribunalardan 10 min 360 azarkeş izləyib.
Turun maraq göstərilməyən matçı isə “Araz Naxçıvan” – “Zirə” oyunudur. Mərdəkandakı görüşdə cəmi 60 nəfər qeydə alınıb.
Digər oyunlardakı azarkeş sayı belədir:
Kəpəz – Sumqayıt – 300
Şamaxı – Neftçi – 1200
Qəbələ – Karvan-Yevlax – 150
Turan Tovuz – İmişli – 200

