13 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubu braziliyalı futbolçular üçün hərəkətə keçdi 

Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi əcnəbi futbolçu axtarışındadır. İmişli rəhbərliyi hazırda 2-3 braziliyalı futbolçu ilə maraqlanır.

Rəhbərlik hələlik adlarını dəqiqləşdirə bilmədiyimiz oyunçuları heyətə qatmaq üçün hərəkətə keçib. Tərəflər arasında danışıqlar start götürüb.

Xatırladaq ki, bölgə təmsilçisi portuqaliyalı baş məşqçi Xorxe Kaskilya ilə 1 illik müqavilə imzalayıb. 56 yaşlı mütəxəssisin köməkçiləri Kristiano Duraes və  Quilherme Kadete olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43