27 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu transferdən vaz keçməyə məcbur qaldı – Büdcə imkan vermədi

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, azərbaycanlı futbolçu “Karvan-Yevlax”ın maraq dairəsində olsa da, ölkəmizə qayıtmaycaq. Buna səbəb maliyyə şərtləridir.

Yevlax təmsilçisi İsgəndərlini transfer etmək istəsə də, yüksək məbləğdə maaş verə bilmir. Bu səbəbdən də yarımmüdafiəçi Albaniyada qalacaq. 

Onun “Partizani”dəki maaşı 12 min dollara yaxındır. Yevlax klubu isə bu məbləği ödəmək imkana sahib deyil. 

Bu səbəbdən də rəhbərlik transferdən vaz keçməyə məcbur qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43