Kateqoriyasız

Premyer Liqada 34-cü tur: Oyunlara baxmağın yolu

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə baş tutacaq 3 qarşılaşmadan 2-si canlı yayımlanacaq.

Günün ilk qarşılaşması – “Xəzər Lənkəran” – AZAL matçı saat 18:00-dan etibarən Cənub komandasının klub TV-sindən canlı yayımlanacaq. 

Turun mərkəzi görüşü “Qəbələ” – “İnter” oyununu isə İdman Azərbaycan kanalı canlı yayımla azarkeşlərə nümayiş etdirəcək. Oyun saat 20:00-da başlayacaq.

“Qarabağ” – “Sumqayıt” matçının yayımı isə nəzərdə tutulmayıb. Bu matçla bağlı onlayn xəbərləri saytımızda izləyə biləcəksiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43