Ölkə futbolu

“Premyer Liqada qalacağımıza inanırıq” – Vüqar Əsgərli

“Çempionatın sonları yaxınlaşdıqa həyəcan artır. Bu oyunlarda qazanılan xallar komandaya çox faydalı olacaqdı. “Qəbələ” ilə oyunlar çox çətin keçir. Tapşırıqları ilk hissə yerinə yetirə bilməsək də, ikinci yarıda fərqli oynadıq”

İdmanxeber az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Hər matça motivasiya baxımından yaxşı hazırlaşırıq. 8 aydır ki, burada çox yaxşı işlər görmüşük. Azərbaycanlı futbolçularla mübarizə aparırıq. Məqsəd Premyer Liqada qalmaqdır. Bütün komanda ilə buna inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43