Dünya futbolu

“Qəbələ” “Şamaxı”nı məğlub etdi – YENİLƏNİB

Misli Premyer Liqasının XXVII turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün tək matçı Qəbələdə keçirilib. Avrokubok iddiasında olan “qırmızı-qaralar” doğma meydanda çempionatda qalma mübarizəsi aparan “Şamax”ı ilə qarşılaşıb.

Ev sahibi komanda oyundan 2:0 hesabı ilə qalib ayrılıb. Bu görüşün ardından xallarının sayını 36-ya çatdıran “Qəbələ” dördüncü pillədəki “Zirə” ilə xal fərqini birə salıb.

“Şamaxı” isə 20 xalla 9-cu sırada qərarlaşıb.

17 mart (cümə)

“Qəbələ” – “Şamaxı”

Qol: Əyyub Allaş, 18 (1:0), 45+1 (2:0)
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 17:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43