“Porto”nun hücumçusu Rodriqo Mora karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, PSJ 18 yaşlı portuqaliyalıya diqqət yetirir, lakin hələlik danışıqlar aparılmır. Ötən mövsüm Mora 40 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

