Kateqoriyasız

“Qəbələ” Macarıstana bu tarixdə yollanır

2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb.

Baş məşqçi Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər.

“Qəbələ” sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43