28 İyul 2026
Dünya futbolu

“Qalatasaray” – “Fənərbağça” oyununun saatı dəyişdirildi

Türkiyə Futbol Federasiyası Superkubok oyununun saatını dəyişdirib.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” – “Fənərbağça” qarşılaşmasının başlama vaxtı əlverişsiz hava şəraiti və klub rəsmiləri ilə aparılan görüşlər nəzərə alınaraq dəyişdirilib.

Əvvəl 21:30-da planlaşdırılan final, İstanbul Valiliyinin yağış və güclü külək barədə xəbərdarlıqları səbəbindən 19:45-ə çəkilib.

Oyun  sabah Atatürk Olimpiyat Stadyumunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43