13 İyun 2026
Dünya futbolu

“Qalatasaray” Gündoğanla anlaşdı?

 “Qalatasaray” İlkay Gündoğanla razılıq əldə edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu iki gündür İstanbuldadır. Yerli mətbuat iddia edir ki, tərəflər razılığa gəlib.

Əgər son anda hər hansısa bir problem yaşanmasa, ulduz futbolçu “Mançester Siti” ilə müqaviləsini ləğv edərək İstanbul təmsilçisinə keçəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43