“Yuventus” “Qalatasaray”ın futbolçusu Qabriel Saranı transfer etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı İstanbul klubuna rəsmi təklif göndəriləcək.
25 yaşlı yarımmüdafiəçi 2024-cü il avqustun 4-dən Türkiyə çempionununu üzvüdür. Onun klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sara “Sao Paolo”, “Norviç” klublarında da çıxış edib.

