12 İyun 2026
Dünya futbolu

“Qalatasaray”ın istədiyi futbolçu klubundan ayrılır

“Barselona”nın qapıçısı İnyaki Penya yayda komandanı tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu yayda klubdan ayrılmaq niyyətindədir. Onun xidmətində bir neçə klub maraqlıdır. Daha öncə “Qalatasaray”ın da qapıçını istədiyi iddia edilmişdi.

Penya cari mövsümdə “Barselona”nın heyətində 22 oyun keçirib, 25 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43