Dünya futbolu

“Qalatasaray”ın maraqlandığı oyunçu “Fənərbağça”da – RƏSMİ

“Qalatasaray”ın transfer etmək üçün yaxından maraqlandığı futbolçu Roman Noyşsteder “Fənərbağça”ya transfer olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi 28 yaşlı rus müdafiəçi üçün 6 iyulda imza mərasimi təşkil edəcək.

Tədbir Şükrü Saraçoğlu stadionunda saat 12:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43