24 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın ulduzu qərarını verdi

Braziliya A Seriyası təmsilçisi “Atletiko Mineyro” Lukas Torreiranı heyətinə qatmaq üçün “Qalatasaray”a rəsmi təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya klubu uruqvaylı yarımmüdafiəçiyə İstanbul təmsilçisində qazandığı maaş səviyyəsində müqavilə təklif edib.

Lakin Torreiranın mövsümü “Qalatasaray”da başa vurmaq qərarına gəldiyi bildirilir.

“Qalatasaray” rəhbərliyi təklifi rədd etsə də, futbolçunun mövsümün sonunda komandadan ayrılması ehtimalının daha ciddi şəkildə gündəmə gələcəyi qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43