İdman

“Qarabağ” “Bursaspor”un üzvünü transfer edə bilər

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” müqavilə ilə “Bursaspor”a məxsus olan yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Onunla həmçinin “Feyenoord”un da yaxından maraqlandığı iddia olunur. Bundan başqa, “Bursaspor”un yeni baş məşqçisi Samet Aybaba da yeni mövsümdə istedadlı futbolçunun xidmətindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın birinci liqa təmsilçisi “Valveyk”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43