22 İyul 2026
Ölkə futbolu

“Qarabağ” fransalı futbolçu gətirir – Anlaşma tamamlandı

“Qarabağ” yeni mövsüm üçün ilk transferini etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, “Omoniya”nın vingeri Jali Muaddib Azərbaycan çempionu ilə razılığa gəlib. 25 yaşlı fransalı futbolçunun “Qarabağ”la 3 illik müqavilə imzaladığı bildirilir.

Muaddib yayda “Omoniya” ilə müqaviləsi başa çatdığı üçün Ağdam klubuna azad agent kimi qoşulacaq.

“Qarabağ” onu Abdullah Zubirə alternativ kimi görür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43