“Hamı düşünür ki, “Qarabağ” “Hakken”i rahat udacaq. Hər kəs komandanın adına baxır, tanınmış olub-olmadığına fikir verir. Amma qətiyyən belə deyil. Mən özüm də oynamışam, bu şeyləri çox yaxşı bilirəm. Avropada asan oyun yoxdur, rahat qələbə qazanmaq mümkün deyil. “Qarabağ” üçün də çətin olacaq. Elə bilirik ki, “Qarabağ” gedib rahat udub dönəcək. Gözləntilər elə ola bilər. Amma avrokuboklarda heç kim sənə rahat təslim olmur”.
Bu sözləri İdmanxeber.az saytına “Qarabağ” sabiq futbolçusu Elvin Yunuszadə Ağdam təmsilçisinin Avrop Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Hakken” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Kağız üzərində ikinclik yarışı üçün “Qarabağ” və “Molde” görünür. Futbolda isə sürprizlər çox olur. Daha fərqli nəticələr görə bilərik. İndidən qrupdan kimin çıxacağı ilə bağlı dəqiq nəsə demək olmaz. “Qarabağ”ın Norveçdə “Molde” görüşündən sonra nələrsə dəqiqləşə bilər. Həmin matçdan sonra qrupun ikincisi 70 faiz bəlli olacaq. Hətta İsveçdən qələbə ilə qayıtsaq belə, hələ hər şey bitmir. Əsas “Molde” ilə səfər görüşündə bəlli olacaq qrup ikincisi. Açığı, “Hakken”lə matçda komandamız bir xal da alsa, uğurlu nəticə saymaq olar”.
Həsən Quluzadə

