24 İyul 2026
Ölkə futbolu

“Qarabağ” “Park Bulvar”da robot və əyləncə şousu təşkil edəcək

“Qarabağ” Futbol Klubu yanvarın 16-da “Park Bulvar” ticarət mərkəzində robot və əyləncə şousu təşkil edəcək.

İdmanxeber.az xəbər verir ki, tədbir saat 18:00-20:00 aralığında baş tutacaq.

Şou təqdimat texnologiyaya marağı olan uşaqlar və valideynlər üçün nəzərdə tutulub.

Proqram çərçivəsində FRC robotunun canlı təqdimatı, robot simulyasiya yarışları və interaktiv texnoloji fəaliyyətlər reallaşacaq.

Ziyarətçilər, həmçinin “Qarabağ” FK-nın simvollarından “Kəhəri” və “Şokki Moki” maskotları ilə görüşərək xatirə şəkli çəkdirmək fürsəti qazanacaqlar.

Tədbir zamanı müxtəlif oyunlar, sürprizlər və hədiyyələr də təqdim olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43