24 İyun 2026
Ölkə futbolu

“Qarabağ” “Rakuv” oyunu üçün azarkeşlərə çağırış etdi – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “YouTube” kanalı vasitəsi ilə oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:

“Əziz azarkeşlərimiz!

“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!

Milyonlarla ürək yenə eyni döyünəcək!

Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!

Biz birlikdə “Qarabağ”ıq!”

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda krçiriləcək oyun avqustun 2-də saat 20:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43