24 İyun 2026
Dünya futbolu

İngiltərəli oyunçu MY-dan getmir

“Mançester Yunayted” “Vest Hem”in Harri Maquayr üçün etdiyi 20 milyon funt sterlinqlik transfer təklifini qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, londonluların baş məşqçisi Deyvid Moyes ingiltərəli müdafiəçini öz komandasında görmək istəyir.

Maquayr isə “qırmızı şeytanlar”da qalmaq niyyətindədi. Digər tərəfdən onun aldığı maaş “Vest Hem” üçün böyük problemdir.

Maquayr 2019-cu ildə “Mançester Yunayted”ə qoşulub. O, bu müddətdə 175 oyuna çıxıb və 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43