24 İyun 2026
Ölkə futbolu

“Neftçi” – “Jelezniçar” oyununun biletləri satışda

Bakıda “Neftçi” ilə Bosniya və Herseqovina “Jelezniçar”ı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumata görə, qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 AZN (VİP təşkil edən biletləri “Iticket.az” saytından onlayn şəkildə əldə etmək olar.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk görüşdə qalib müəyyənləşməyib – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43