24 İyun 2026
Dünya futbolu

“Neftçi”dən ayrılan hücumçu Serbiya klubunda

“Neftçi”dən ayrılan braziliyalı futbolçu Mateus Saldanya karyerasını Serbiyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu ilə “Partizan” müqavilə imzalayıb. Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın “CEF Yunayted” klubundan birillik icarəyə götürmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43