Kateqoriyasız

“Qarabağ” – “Sürix” matçının biletləri nə vaxt satışa çıxarılır?

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sürix” matçının biletləri satışa çıxarılır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, iyulun 19-da, Tofiq Bəhrəmov adın Respublika stadionunda keçiriəcək qarşılaşma üçün nəzərdə tutulan biletlər bugün və ya ən geci sabah satışa çıxarılacaq.

Oyun saat 20:00-da keçiriləcək.

“Qarabağ” “Sürix”lə cavab görüşünü bu ayın 27-də İsveçrədə keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43