20 İyun 2026
Kateqoriyasız

“Qarabağ” xorvatlarlı razı salmağa çalışır – son 48 saat

İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” seneqallı forvardın boşluğunu Mahir Emreli ilə doldurmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” futbolçunun məxsus olduğu Xorvatiya “Dinamo”su ilə danışıqlara başladığı bildirilir. “Qarabağ” Mahiri mövsüm sonuna kimi icarəyə götürməyi düşünür. Zaqreb klubunda az forma şansı qazanan forvard yenidən Ağdam klubunda oynamağa isti yanaşır.

Tərəflər arasında danışıqlar davam edir və yaxın 48 saat ərzində hər şey dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43