Kateqoriyasız

“Qarabağ”ın Avroliqanın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi

Avropa Liqasınım III təsnifat mərhələsinin cavab oyunları yekunlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib. Belə ki, Moldovanın “Şerif” klubu iki oyunun nəticəsinə əsasən İslandiyanın “Valyur” klubundan üstün olaraq “köhlən atlar”a rəqib olub. Öz meydanında qol buraxmadan qələbə qazanan “Şerif” “Valyur”a az öncə başa çatan görüşdə məğlub olsa da, səfərdə vurduğu qol hesabına tur adlayıb.

Beləliklə, “Qarabağ” AL-in pley-off mərhələsində “Şerif”lə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

“Valyur” (İslandiya) – “Şerif” (Moldova) 2:1
Qollar: 
Siqurdsson, 40 (1:0), Badibanqa, 69 (1:1), Halldorsson, 90+1 (2:1)

İlk oyun – 0:1

Qeyd edək ki, “Qarabağ” ötən il ÇL-in III təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdırmışdı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43