22 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın bütün rəqibləri bəlli oldu

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

İdmanxeber.az “Tema Sport”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyada 3 sınaq matçı keçirəcək. “Köhlən atlar” iyunun 27-də Macarıstan “Ferentsvaroş”u, iyulun 1-də isə Polşa “Legiya”sı ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43