22 İyul 2026
Ölkə futbolu

Orxan Məmmədov Türkiyə və Rusiya klublarının rəhbərləri ilə görüşdü

“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.

İdmanxeber.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43