22 İyul 2026
İdman

Millimiz Avropa çempionatında finala yüksəldi

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, yığma qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlib.

Komanda qızıl medal uğrunda görüşdə Fransa seçməsi ilə görüşəcək.

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43