Kateqoriyasız

“Qarabağ”ın rəqibi afrikalı hücumçu aldı

“Qarabağ”ın rəqibi “Nant” klubu heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə qatıb. 23 yaşlı kamerunlu hücumçu bu gün yeni klubunda tibbi müayinədən keçəcək.

O, ötən mövsüm “Lans”ın heyətində 29 oyunda 6 qol vurub.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43