“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın məşqinə qatılmayıb.
İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuat mütəxəssisin düşərgədə olmamasını onun klubdan ayrılacağı ilə əlaqələndirsə də, “Napoli” rəsmi açıqlama yayıb. Klubdan bildirilib ki, Kontenin 17 noyabra qədər komanda məşqlərinə qatılmaması şəxsi işləri ilə bağlıdır.
Hazırda komanda məşqlərinə köməkçi məşqçi Kristian Stellini rəhbərlik edir.
Qeyd edək ki, “Napoli” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 26-da Neapolda qarşılaşacaq.

