Qazaxıstan yığmasına Talqat Baysufinov baş məşqçi təyin olunub.
İdmanxeber.az-ın məlumatına görə, o, sentyabrdan komandanın müvəqqəti çalışdırıcısı idi və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Baysufinovun rəhbərliyi altında Qazaxıstan 4 oyun keçirib, onlardan 3-ü DÇ-2026-nın seçmə mərhələsinə təsadüf edib.
Komanda J qrupunda 4-cü olaraq mundialdan kənarda qalıb.

