Ölkə futbolu

“Qəbələ”də növbəti ayrılıq

“Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb.

İdmanxeber.com-un-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib.

Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.

Qeyd edək ki, “Qəbələ” daha öncə Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayevlə yolları ayırıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43