28 Fevral 2024
Kateqoriyasız

Qomis hər ay bir “Ferrari” istəyir

Adı Türkiyə klubları ilə hallanan “Lyon”un forvardı Batefimbi Qomis yüksəkdən “uçur”.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı forvardın həftəyə 100 min sterlink (120 min avro) istədiyi yazılır. Hər ay bir “Ferrari” qiymətini istəyən Qomis üçün elçilərin də alternativ planlara istiqamətlənməsinə yol açır.

İngilis mediasında yer alan xəbərə görə, Fransız futbolçu üçün elçilər arasında “Nyukasl” ilk pillədədir. İngilis klubu Qomis üçün həftəyə 85 min sterlinq təklif edib.

Qeyd edək ki, Qomis üçün tək elçi “Nyukasl” deyil. Vilfred Boninin əvəzləyicisini axtaran “Suonsi” klubu da bu futbolçunu transfer etmək istəyir.

Bir yandan isə Daily Mail qəzeti  \”Qalatasaray\”ında bu futbolçu ilə maraqlandığını və Didier Droqbanın yerinə fransız futbolçunu transfer etmək istədiyini yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43