“Sabah”la oyunda heç-heçə edən “Səbail”in hər bir üzvü mükafatını alacaq.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi komandanın hər bir futbolçusuna 2000 manat “premya” vəd edib. Ehtiyatda oturan futbolçular isə bu məbləğin yarısını alacaq.
Qeyd edək ki, “Səbail” 8 oyundan sonra 14 xalla 3-cû pillədə qərarlaşıb.

