“Püşk Lüksemburq çempionunu bizə rəqib etdi. Açığı “Düdelanj”ı yaxşı tanımasaq da, onu bilirik ki, bu turnirlərdə ilk oyunlar həmişə çətin olur. Rəqibimiz “qızıl dubl”la mövsümü başa vurub. Həm ölkə çempionu olub, həm də kubok qazanıb. Ona görə də, bizi asan bir oyun gözləmir. Artıq məşqlərə başlamışıq və ciddi hazırlaşırıq”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.
Ağdam klubunun üzvü ilk oyunda yaxşı nəticə qazanacaqlarına ümid etiyini bildirib:
“Çalışacağıq ki, ilk oyunda yaxşı nəticə qazanaq. Öz azarkeşlərimiz önündə, doğma meydanda yaxşı oynayıb onları sevindirək. Ümid edirik ki, qələbə qazanıb, azarkeşlərimizə sevinc bəxş edəcəyik”.

