24 İyul 2026
Ölkə futbolu

Ramazanov “100”ü qolla qeyd etdi

Azərbaycan Premyer Liqasının VII turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub. 

İdmanxeber.com xəbər verir ki, 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib. “Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub. Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub. Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub. PFL

Mövsüm

Klub

oyun

qol

2011/12

Neftçi (Bakı)

1

0

2012/13

Xəzər Lənkəran

19

1

2013/14

Xəzər Lənkəran

21

1

2014/15

Xəzər Lənkəran

19

4

2015/16

Sumqayıt

33

5

2016/17

İnter (Bakı)

7

3

 

Cəmi

100

14


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43