Millimizin və Slovakiyanın “Jilina” klubunun futbolçusu Ramil Şeydayev “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə rəqib olmasına münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, gənc hücumçu Feysbuk səhifəsində “Biz bacarmadıq, inşaAllah “Qarabağ” bacaracaq!” yazaraq Ağdam klubunun mərhələni keçəcəyinə inandığını bildirib.
Qeyd edək ki, “Kopnehagen” 2-ci təsnifat mərhələsində “Jilina”nı mübarizədən kənarlaşdırıb