Dünyadan

“Ştuttqart” “Bavariya”nın və Almaniya millisinin müdafiəçisini transfer etdi – RƏSMİ

Bu mövsüm yenidən Almaniya Bundesliqasına yüksələn “Ştuttqart” heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qırmızılar” “Bavariya”dan ayrılan Holqer Batştuberi sıralarına cəlb edib. 

28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Batştuber 2010-cu ildən bu yana Almaniya millisinin şərəfini qoruyur. O, 2000-2002-ci illərdə də “Ştuttqart”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43