Dünya futbolu

Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat

Çin Futbol Assosiasiyası (CFA) Asiya Çempionlar Liqasında “Çjetszyan” və Tailandın “Buriram Yunayted” komandalarının oyunu zamanı qeydə alınmış insidentlə bağlı bəyanat yayıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın final fitindən sonra futbolçular arasında baş vermiş kütləvi dava kəskin pislənilib.

“Futbol meydanlarında zorakılıq hərəkətləri idman prinsiplərinə ziddir. Bu cür hallar sağlam rəqabətə təsir edir və tamaşaçılarda pis təəssürat yaradır. CFA meydanlarda baş verən bütün zorakılıqları qətiyyətlə pisləyir. Asiya Futbol Konfederasiyasına (AFC) insidentin araşdırılmasında və ədalətli həllində kömək edəcəyik.

Çin Futbol Assosiasiyası bütün yerli klublara nəzarət edir. Çin futbol komandaları beynəlxalq və yerli yarışların qaydalarına ciddi şəkildə əməl etməli, hakimə, tamaşaçılara və rəqiblərə hörmətlə yanaşmalıdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də həmin hadisənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43