22 İyul 2026
Dünya futbolu

“Real” “Benfika”nın müdafiəçisini alır

“Real” “Benfika”nın müdafiəçisi Alvaro Karrerasın xidmətdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Artıq Madrid klubu qarşı tərəflə razılığa yaxındır. 

Karrerasın “Real”a  hazırda davam edən Klublararası dünya çempionatından sonra qoşulması planlaşdırılır. Onun “Benfika” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43